12.5 C
Gence
12.5 C
Gence

Gəncədə 47 ildir ki, dəri məmulatlarını təmir edən usta yaşayır

Gəncədə dəri məmulatlarının təmiri ilə məşğul olan usta yaşayır. O, artıq 47 ildir ki, bu sənətlə məşğuldur.

Şahin usta Şeyx Bahəddin küçəsində yerləşən kiçik emalatxanasında çanta, qarmon və saz kəmərləri, paltar kəmərlərini təmir edir. Təmir işləri ilə yanaşı sənətkar özü də kəmərlər hazırlayır. Onun sözlərinə görə, o bu peşəni Bakıdakı tanınmış ustalardan öyrənmişdir. İndi isə bu peşənin sirrlərini oğlu Musaya ötürür.

Usta ilə (050) 434 59 01 nömrəsi ilə əlaqə saxlamaq olar. Onun emalatxanası yeni tikilən bazarın yanında yerləşir.

Qeyd edək ki, Qasımov Şahin Musa oğlu 1948-ci ildə Gəncədə anadan olmuşdur.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan