24.8 C
Gence
24.8 C
Gence

Gəncədə “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri” adlı kitabın təqdimatı keçirilib

Gəncədə “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri” adlı kitabın təqdimatı keçirilib. Bu haqda Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsində məlumat dərc edilib.

Gəncə Dövlət Filarmoniyasında keçirilən təqdimatda teatrşünas-tənqidçi Anar Bürcəliyevin kitabı nümayiş olunub. Mərasimin açılışında 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev, AYİB-in Gəncə Bölməsi üzrə sədri Xəzangül Hüseynova, şəhid Rauf Əsgərovun anası Brilliant Əsgərova, ziyalılar, şəhid ailələri və qazilər iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan