26.4 C
Gence
26.4 C
Gence

Gəncədə 40 ildir sənətinə sadiq qalan saatsaz

Gəncədə uzun illərdir sənətinə sadiq qalan saatsaz yaşayır.

Vahid Tağıyev artıq 40 ildir ki, bu sənətlə məşğuldur. O, şəhərin Cavadxan küçəsində yerləşən saat təmiri emalatxanasında çalışır.

Vahid usta həm qədim, həm yeni saatların təmiri ilə məşğuldur. Onun yetişdirdiyi şagirdlərindən ikisi Moskvada saatsaz kimi çalışırlar.

Ustanın dediyinə görə, bu sənət ona atasından miras qalıb. 15 yaşı olanda mərhum atası Sabir ustanın yanında bu sənəti öyrənib.

Vahid Tağıyevin işləri ilə maraqlananlar (055) 337 92 29 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan