25.6 C
Gence
19.5 C
Ganja

Gəncədə 4-cü sinif şagirdləri üçün imtahan keçirilib

4-cü sinif şagirdlərinin monitorinq imtahanları keçirilib. Bu haqda məlumatı iyunun 8-i Kəpəz televiziyasına istinadən veririk.

Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq imtahanı təşkil edilib. Bu prosesdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 8186 nəfər 4-cü sinif şagirdi iştirak edib.

İmtahanların keçirilməsində məqsəd nailiyyətlərin yaxşılaşdırılması və 4-cü sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etməktir. Eləcə də ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Şagirdlər 120 dəqiqə ərzində tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyatdan isə 27 qapalı və 3 açıq sualı cavablandırıblar.