22.5 C
Gence
22.5 C
Gence

Gəncədə 4-cü mikrorayonda elektrik xətləri yenilənir

Gəncədə 24 saylı məktəbin yanında elektrik naqilləri yenilənir.

4-cü mikrorayon Vəli Xuluflu küçəsində yol kənarındakı işıq dirəklərinə gedən elektrik xətləri yeniləri ilə əvəz olunur. İşlər bu gün, 2 sentyabr tarixində başlayıb. Nə vaxt bitəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Cavadxan (Avtozavod) qəsəbəsi Tofiq Bağırov küçəsində də bir neçə gündür ki, küçənin işıqlandırılması məqsədi ilə işlər gedir. Orada yeni işıq dirəkləri quraşdırılacaq.

 

Ən Çox Oxunan