25.8 C
Gence
25.8 C
Gence

Gəncədə 4-cü kurs tələbəsi mükafatlandırılıb

Gəncədə Tələbə Gənclər Təşkilatının sədri mükafatlandırılıb. Bu haqda 7 fevral tarixində Azərtac-a istinadən məlumat veririk.

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru Akif Süleymanov TGT sədri Nicat Nağıyevi mükafatlandırıb. İstehlak mallarının ekspertizası və marketinqi ixtisasının 4-cü kurs tələbəsi “İlin TGT sədri” adına layiq görülüb. Tədbirdə rektor Nicatı təbrik edib, ona vəzifəsində və təhsilində uğurlar arzu edib.

Qeyd edək ki, Nicat Nağıyev iki ilə yaxındır bu vəzifəni icra edir.

 

Ən Çox Oxunan