19.1 C
Gence
19.1 C
Gence

Gəncədə 32 ildir ki, rəssamlıq sənətini tədris edən şəxs yaşayır

Əbülfət Məhərrəmov 32 ildir ki, Gəncə Dövlət Universitetinin təsviri incəsənət kafedrasında çalışır. 60 yaşlı ustad Azərbaycan Rəssamlar ittifaqının üzvüdür.

Ustad rəssam Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanına illüstrasiya çəkmişdir. Divar üstü illüstrasiya yazıçının adını daşıyan 39 nömrəli məktəbin muzeyində yerləşir. Açılışda yazıçının oğlu Arif Paşayev iştirak etmişdir.

Əbülfət Məhərrəmov 1961-ci ildə Gəncədə dünyaya göz açıb. Uşaqlıqdan rəssamlıq sənətinə meyl göstərən ustad, o vaxt ki Məhsəti Gəncəvi adına pedaqoji texnikumunun rəsm və rəsmxət fakültəsində oxuyub. Texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakıda Lenin adına pedaqoji institutda təhsilini davam etdirmişdir.

Əsasən portret janrında çalışan ustad rəssama şəkil sifariş etmək istəyənlər (070) 368 88 20 nömrəsinə zəng edə bilərlər.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan