24.8 C
Gence
24.8 C
Gence

Gəncədə 32 adda kitablar nümayiş edilib

Gəncədə “Fonda daxil olan yeni kitablar” başlığı altında 32 adda kitablar nümayiş olunub. Bu haqda yanvarın 26-sı Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Tədbir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 saylı kitabxana filialında baş tutub. Kitabxanaçı Tünzalə İsmayılova iştirakçıları sərgi ilə tanış edib. Xanım bildirib ki, kitablarda Azərbaycanın Urmiya, Şamaxı, Quba, Zəngəzur və s. bölgələrində erməni hərbi birləşmələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlardan bəhs olunur.

Həmçinin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın tarixi keçmişindən, erməni vandalizminə məruz qalmış İrəvan məscidlərindən yazılmış kitablar sərgilənib.

Ən Çox Oxunan