Gəncədə ödənişsiz kurslara qeydiyyat başlayıb.Bu haqda Gəncə Maarif Evi İctimai Birliyi məlumat paylaşıb.
3 aylıq karyera inkişaf kursuna 15-30 yaş arası gənclər qəbul oluna bilər. Müəllim “Karyera Məsləhətçilərinin Peşəkar İnkişaf Kursu”nun məzunu Gülnar Məmmədovadır.
Dərslərdə aşağıdakı mövzular üzrə məlumatlar veriləcək:
- Özünü inkişaf VİSA ( dəyərlər, maraqlar, bacarıqlar, istedadlar)
- Əmək bazarı və gələcəyin işi
- Məqsədlər
- Şəxsi brendinq
- İş axtarışı – ənənəvi və müasir yollar
- Rezüme
- İstək məktubu
- Müsahibə
- Tənqidi təfəkkür
- Ünsiyyət bacarıqları
- Qərarvermə, sabit və inkişaf yönümlü təfəkkür
Kursda yalnız 15 nəfər iştirak edə bilər. Qeydiyyatdan keçmək üçün (070) 738 23 93 nömrəsi ilə əlaqə saxlamaq lazım.
Son müraciət tarixi 28 oktyabrdır.