Gəncədə yaşayan gənc şair və yazarın yaxın vaxtlarda altıncı kitabı işıq üzü görəcək.
Məktəb vaxtından Həsən Hüseynovun şairliyə böyük marağı olur və 2019-cu ildə o, şeirlər və müxtəlif əsərlər yazmağa başlayır. 2020-ci ildə “Sevgi səninlə gözəldir” adlı kitabı, 2021-ci ilə isə “Bir Payız Səhəri” adlı şeir və qəzəlləri, “Qəzəllər” adlı kitabı, “Sən ən dəyərlisən” adlı motivasiya kitabı və “Aktyor” adlı romanı nəşr olunmuşdur.
23 yaşlı Hüseynov 7 noyabr 1997-ci ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından onun incəsənətə marağı yaranmışdır. 2013-cü ildə Gəncə şəhər Uşaq İncəsənət məktəbini qarmon ixtisası üzrə bitirmişdir. 2016-cı ildə Bakıda model və aktyorluq kursunda 1 il təhsil almışdır. Bir neçə il sonra Gəncə Dövlət Dram teatrında İkinci nəfəs adlı gənc tamaşaçılar studiyasının kollektivinin üzvü olmuşdur. Orada bir sıra tamaşalarda rol almışdır.



