19.1 C
Gence
19.1 C
Gence

Gəncədə “20 Yanvar Şəhidləri” adlı ədəbi-bədii gecə baş tutub

Gəncədə “20 yanvar faciəsi” şəhidlərinin xatirələri anılıb. Bu haqda tədbirlərin təşkilatçısı olan Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Gəncə şəhər MKS-in Səyyar şöbəsində “20 Yanvar Şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir” adlı tədbir keçirilib.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı “Tariximizin faciə dolu qəhrəmanlıq səhifəsi” başlığı altında tədbir keçirib.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialında “20 Yanvar –  Azadlığa gedən yolun zirvəsi” başlıqlı tədbir təşkil olunub.

Mir Cəlal Paşayevin Ev Muzeyi və 16 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “20 Yanvar Şəhidləri” adlı ədəbi-bədii gecə baş tutub.

Ən Çox Oxunan