Gəncədə yaşayan rəssam incəsənətin dünyada nadir sayılan istiqamətlərindən birində fəaliyyət göstərir. Bu haqda Gencexeber.az-a yanvarın 17-si məlumat daxil olub.
Ramin Hüseynov uzun illərdir qrafik üslubda əsərlər yaradır. 20 illik pedaqoji fəaliyyəti nəticəsində müəllimin onlarla tələbəsi ali məktəblərdə təhsillərini davam etdiriblər.
Ramin Arif oğlu Hüseynov 1977-ci ildə Gəncədə dünyaya gəlib. O, Gəncə Dövlət Universitetinin təsviri incəsənət və rəsmxət fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 45 yaşlı rəssam sənətin sirrlərinə Respublikanın əməkdar rəssamı, professor Şaiq Məmmədovdan yiyələnib.




