26.4 C
Gence
26.4 C
Gence

Gəncədə 2 kurs tələbə qəbulu elan edib

Gəncədə psixologiya və toxuculuq kurslarına tələbə qəbulu elan olunub. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.

Dərslər əyani formada keçirilir. Psixologiya kursu üzrə müəllim peşəkar psixoloq Günel Hüseynlidir, toxuculuq və tikiş işi üzrə isə Xatirə Məmmədovadır. Hər iki kurs üzrə dərslər tam ödənişsizdir.

Öyrənməyə həvəsi olan hər kəs dərnəyə qatıla bilər. Əlavə məlumat almaq üçün (055) 637 48 21 (psixologiya kursu), (050) 350 99 67 (toxuculuq dərnəyi) nömrələri ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Gəncə Gənclər Evi 28 may, 34 ünvanında yerləşir.

Ən Çox Oxunan