22.5 C
Gence
22.5 C
Gence

Gəncədə 18 nömrəli məktəbdə tədbir keçirilib

Gəncədə 6 sentyabr tarixində məktəbdə Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbir keçirilib.

Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional İdarəsi şəhər 18 nömrəli tam orta məktəbdə yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Tədbirdə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar olub.

Bildirilib ki, yanğına qarşı su təchizatı qurğularına aid edilən hovuzların, kəmərlərin, çənlərin və hidrantların saz vəziyyətdə saxlanılmasına daimi diqqət yetirilməlidir.

Ən Çox Oxunan