14.3 C
Gence
14.3 C
Gence

Gəncədə 150 minə yaxın yaşıllığın şəhərə köçürülməsinə başlanılır

Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin gülçülük sahəsində becərilən 150 minə yaxın yaşıllığın şəhərə köçürülməsinə yaxın günlərdə başlanacaq. Bu haqda Gencexeber.az 22 sentyabr tarixində “Kəpəz” televiziyasına istinadən xəbər verir.

İşçilər tərəfindən əkiləcək gül-çiçəklərin qablara köçürülməsi işləri görülür. Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin müdirinin sözlərinə görə, bu aylar sərin olduğu üçün yetişdirilən yaşıllığın şəhərə köçürülmə vaxtıdı. Biz bu işə yaxın günlərdə başlayacıyıq.

Gülçülük sahəsinin 11 hektar ərazisi var. Orada yaşıllıq damcı suvarma üsulu ilə yetişdirilir. Hazırda 30 minə yaxın 4 rəngdə ətirşah, minə yaxın qərənfil, eləcədə payız fəsli üçün xarakterik olan digər gül və çiçəklər yetişdirilir.

Ümumilikdə Gəncədə 17 istirahət guşəsi, park və xiyaban 760 hektar yaşıllıqla əhatə olunub.

Ən Çox Oxunan