Gəncənin mərkəzi küçələrində yenə işıq təminatı dayandırılıb. Bu haqda Gencexeber.az-ın müxbiri 18 oktyabr tarixində məlumat verib.
Sakinlərin “Butulka ev” adlandırdıqları ərazi ətrafında, yəni – Hüseyn Cavid, Qəmbər Hüseynli, Ağamirzə Axundov küçələrində işıq təchizatı kəsilib.
Qeyd olunan ərazidə işığın kəsilməsi haqda daha öncə 15 oktyabr tarixində xəbər vermişdik.