25.4 C
Gence
18.5 C
Ganja

Gəncə: “Burada kommunal şəraitsizlik hökm sürür”

Gəncənin Cavadxan (Avtozavod) və Gülüstan qəsəbələrinin arasında salınan məhəllələrdəki şəraitsizlikdən sakinlər narazıdırlar. Bu haqda məlumat 11 noyabr tarixində izləyicidən daxil olub.

Şəhərin Zülfüqar Hacıyev küçəsində asfalt örtüyü yoxdur. Ərazidə içməli su problemi ilə yanaşı, kanalizasiya xətlərinin yoxluğu da çətinlik yaradır.

Əldə etdiyimiz məlumata əsasən, 14 nömrəli məktəb sözügedən küçədən uzaqda yerləşir. Bu səbəbdən sakinlər marşrut xəttinin salınmasını arzu edirlər.