24.8 C
Gence
24.8 C
Gence

Gəncə: bir neçə küçədə kanalizasiya quyularının ağzı açıqdır

Gəncənin bir neçə küçəsində kanalizasiya quyularının qapaqları yoxdur. Bu haqda Gencexeber.az-ın müxbiri 22 oktyabr tarixində məlumat verib.

Aida İmanquliyeva küçəsində piyada, Atatürk prospektində isə avtomobil yolunun üstündə yerləşən quyular açıqdır. Əldə etdiyimiz məlumata görə, sözügedən məsələ bir aydan çoxdur ki, müşahidə olunur.

Sakinlərin sözlərinə görə, uşaqların və böyüklərin günün müxtəlif saatlarında hərəkət etdiyi üçün bu vəziyyət çox təhlükəlidir.

“Şəhərin bir neçə yerində qapaqlar oğurlanıb. Onların olmaması sürücülərin yaddaşlarını məşq etdirməkdən başqa bir şey deyil. Bu qabiliyyəti özündə inkişaf etdirə bilməyənlərin isə aqibətini özünüz fikirləşin”, – deyə sürücü söyləyib.

Qeyd edək ki, bu cür hallar şəhərin bir neçə yerində müşahidə olunur.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan