Gəncənin 3-ü mikrorayonunda kanalizasiya xətləri yenilənmişdir. İşlər birdiktən sonra qazılmış çalalar açıq qalıb. Bu haqda Gencexeber.az-ın müxbiri 11 noyabr tarixində məlumat verib.
Sözügedən məsələ 20-ci binanın qarşısında müşahidə edilir. Aparılan işlər zamanı blokların önü qazılmışdır. Köhnə borular yeniləri ilə əvəz olunmuşdur. Bərpa olunan sistem kanalizasiya quyularına qoşulmuşdur.
Verilən məlumata əsasən, bu hal 10 gündür ki, davam edir.

