25.8 C
Gence
25.8 C
Gence

Gəncə: bina sakinləri təşvişə düşrərək FHN-nin qaynar xəttinə müraciət ediblər

Yeni Gəncə qəsəbəsinin bir qrup sakinləri yanğının yaranmasından təşvişə düşərək Fövqaladə Hallar Nazirliyinə müraciət ediblər. Cəlb olunan qurumun əməkdaşları məsələ ilə bağlı araşdırmalar ediblər. Bu haqda Gencexeber.az-ın müxbiri 15 oktyabr tarixində xəbər verib.

Əldə etdiyimiz məlumata əsasən, 40-cı bina sakinlərinin təlaşlarına səbəb, mənzillərinə dolan kəskin qaz qoxusu olub.

Sakinlərin sözlərinə görə, yanğın söndürənlər briqadasının əməkdaşları binaya operativ şəkildə baxış keçiriblər. İşlərin uzun müddət çəkməsi səbəbindən növbəti gün ərzində bütün mənzillərə baxış keçiriləcəyi söylənib.

Qeyd edək ki, qurumun səlahiyyətli şəxsi sakinlərinlərlə profilaktik söhbətlər apararaq onları sakitləşdirib.

Ən Çox Oxunan