Gəncədə estetik cərrah pulsuz müayinə edəcək. Bu haqda Gəncə Beynəlxalq xəstəxanası rəsmi Facebook səhifəsində məlumat paylaşıb.
Oktyabrın 1-dən 3-dək lor estetik cərrah doktor Hüseyn Məmmədov pasiyentləri ödənişsiz qəbul edəcək.
Həkim aşağıdakı əməliyyatları həyata keçirir:
- Estetik Rinoplastika (Xarici burun deformasiyasının aradan qaldırılması)
- Funksional Rinoplastika(Burun tənəffüsü və estetik görüntünün bərpası)
- Septoplastika ( Burun çəpər əyriliyinin aradan qaldırılması)
- Vazotamiya (Aşağı burun balıq qulaqlarının kiçildilməsi)
- Tonzillektomiya (damaq badamcıqlarının götürülməsi)
- Adenotomiya ( adenoid hiperplaziyasının götürülməsi)
- Qulaq balonunun tətbiqi (eksudativ otitin müalicəsi) və s.
Ətraflı məlumat almaq üçün (022) 303; (022) 255 38 38; (022) 255 83 83; (055) 500 71 00 nömrələri ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, Gəncə Beynəlxalq xəstəxanası Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.