Gəncə Beynəlxalq Xəstəxanası 5-6 oktyabr tarixində müəllimlər üçün ödənişsiz (Allerqoloq müayinəsi xaric) konsultasiya, laborator və radioloji xidmətlərə isə 20% endirim edib. Bu haqda xəstəxananın rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.
Kompaniya “Beynəlxalq Müəllimlər Günü” münasibətilə təşkil olunacaq. Xidmət, işləyən müəllimlərlə yanaşı, təqaüddə olanlara da aiddir.
Ətraflı məlumat almaq üçün (022) 303; (022) 255 38 38; (022) 255 83 83; (055) 500 71 00 nömrələri ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, Gəncə Beynəlxalq xəstəxanası Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.