Gəncə Beynəlxalq Xəstəxanasında əçzaçı vakansiyasına CV qəbuluna başlanılıb. Bu haqda məlumat xəstəxananın rəsmi Facebook səhifəsində 13 sentyabr tarixində paylaşılıb.
Namizədlər mövzu yerinə “Əczaçı” yazıb, CV-ni [email protected] ünvanına göndərməlidirlər.
“Xəstəxananın bütün əczaxana xidmətlərinin planlaşdırılması, koordinasiyası, idarə edilməsi, bu xidmətlərin qüsursuz və uyğun idarə edilməsini təmin etmək” – vəzifə öhdəlikəri kimi qeyd olunub.
Namizədlərdən tələb olunur ki, əczaçının ali təhsili olsun (Tibb Universitetinin diplomu ilə).
İş şərtləri:
- Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə.
- İş qrafiki həftənin 6 günü saat 09:00-dan 17:00-a kimi.
Qeyd edək ki, xəstəxanada əczaçı kimi ən azı 2 illik iş təcrübəsi olanlara və ingilis dilini orta səviyyədə bilənlərə üstünlük veriləcək. Əmək haqqı isə müsahibə zamanı müəyyən ediləcəkdir.