27.5 C
Gence
27.5 C
Gence

“Gəncə Batalyonun əfsanəvi komandiri”-nin qəbri ziyarət olunub

Şəhər sakinlərinin “Gəncə Batalyonunun əfsanəvi komandiri” adlandırdıqları Mehman Ələkbərovun qəbri ziyarət olunub. Bu haqda Gencexeber.az-ın müxbiri 6 oktyabr tarixində xəbər verib.

Komandirin doğum günü münasibəti ilə ziyarət saat 12:00-da şəhidlər xiyabanında baş tutub. Tədbir zamanı Gəncə Batalyonu sıralarından şəhid olanların qəbirlərinə baş çəkilib.

Qeyd edək ki, tədbir “Cavad Xan Tarix ve Mədəniyyət” fondun rəhbəri və Gəncə Batalyonu üzvlərinin təşəbbüsü ilə təşkil olunmuşdur.

Mehman Ələkbərov 6 oktyabr 1957-cı ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Mehman Ələkbərovun başçılığı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının “Arabo” batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisəylə bağlı 3 günlük matəm elan olunmuşdur.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan