23 C
Gence
23 C
Gence

Gəncə: Bakıdan gələn həkim ödənişsiz müayinə ədəcək

Gəncədə daha bir ödənişsiz müayinə keçirilir. Bu haqda Gencexeber.az-a 27 dekabr tarixində məlumat daxil olub.

Aksiya Yeni il və Həmrəylik günü münasibətilə Avropa Bərpa Mərkəzi tərəfindən təşkil olunub. 5 yanvar 2022-ci il tarixinədək Bakıdan gələn manual terapiya mütəxəssisi doktor Natiq Hüseynov xəstələri pulsuz müayinə edəcək. Sakinlər onurğa sistemi, əzələ-sinir, revmotoloji xəstəliklər və travma fəsadlarının bərpası ilə bağlı müraciət edə bilərlər.

Aksiyadan yararlanmaq istəyənlər (099) 371 00 17, (051) 490 00 90, (022) 256 00 20 nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməlidirlər.

Ən Çox Oxunan