19 C
Gence
19 C
Gence

Gəncə: “Ayrı-seçkiliklə mübarizənin hüquqi və sosial aspektləri” mövzusunda görüş təşkil olunub

Gəncədə Ombudsmanın iştirakı ilə tədbir keçirilib. Bu haqda 7 fevral tarixində Trend-ə istinadən məlumat veririk.

Tədbir “Ayrı-seçkiliklə mübarizənin hüquqi və sosial aspektləri” mövzusunda baş tutub. Burada Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Ombudsman haqqında çıxış edib. Həmçinin, o, iştirakçılara ayrı-seçkiliyin hüquqi və sosial xarakteri, ayrı-seçkiliklə mübarizə sahəsində mövcud olan BMT, Avropa Şurası və Avropa İttifaqı standartları, ölkəmizdə bu sahədə qəbul edilmiş qanunvericilik aktları, ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentləri haqda məlumat verib.

Bundan başqa iştirakçıların Ombudsmanın fəaliyyəti ilə bağlı olan sualları cavablandırılıb. Onlara sözügedən aparatın nəşri olan hüquqi-maarifləndirici vəsaitlər təqdim olunub.

Ən Çox Oxunan