26.9 C
Gence
23.5 C
Ganja

“Gəncəçay” park-bulvar kompleksinin bir hissəsi çöküb

Bir neçə gün müşahidə edilən yağıntılı hava durumu Gəncəçayın məcrasını su ilə doldurub. Bu səbəbdən istirahət guşəsinin istinad divarı yuyulub. Nəticədə yolun piyadaların hərəkəti üçün nəzərdə tutulmuş bir hissəsində uçqun baş verib.

Bulvarın təxminən 50 metr uzunluğunda və 3 metr enində olan hissəsi tamamilə dağılıb. Orada 10 metrə yaxın yarğan əmələ gəlib. Təhlükəsizlik baxımından ərazidə hərəkət məhdudlaşdırılıb.

Suyun axın istiqamətini dəyişdirmək məqsədilə çayın məcrasında 2 traktor çalışır. Hadisə zamanı xəsarət alan olmayıb.