18.6 C
Gence
18.6 C
Gence

Gəncəçayın sahilində yaşayan sakinlərin bir sıra problemləri var

Gəncədə bu ərazidə yerləşən evlər qəzalı vəziyyətdədir. Bu haqda 23 may tarixində Space TV-yə istinadən məlumat veririk.

Söhbət Gəncəçayın sahilindən gedir. Burada tikilmiş evlər qəzalı duruma düşür. Sakinlərdən biri bildirib ki, vaxtı ilə şəhərin mərkəzində – Gəncəçayın yaxınlığında yerləşən yaşayış massivində məskunlaşıb. 2017-ci ildən onlar boş sahəyə köçürülüblər. Sakinin sözlərinə görə, keyfiyyətsiz inşa olunan evlər zamanla yararsız vəziyyətə düşüb.

“Biz bura 2017-ci ilin əvvəllərində köçürülmüşük. Ərazidə təxminən 100 ev var. Nə küçənin adı, nə də evlərin sənədləri mövcud deyil”, – deyə o qeyd edib.

Məsələ ilə bağlı Space TV tərəfindən İcra Hakimiyyətinə müraciət olunub. Lakin heç bir cavab alınmayıb.

Ən Çox Oxunan