26.4 C
Gence
26.4 C
Gence

Gəncə çayı: içinə və ətrafına tullantılar atılıb

Gəncə çayının Vəli Xuluflu küçəsinə düşən hissəsində zibillik əmələ gəlib. Bu hal sakinlərin narazılığına səbəb olub. Yaranmış vəziyyət barədə Gencexeber.az-ın müxbiri məlumat verib.

Müxbirimizin əldə etdiyi məlumata görə, zibillik əsasən tikilən yaxud təmir edilən evlərdən çıxan tullantılardan formalaşıb. Məişət tullantıları, hətta müxtəlif növ əşyalar belə çayın içinə və ətrafına atılır.

Sakinlərin sözlərinə görə, atılan zibil çayın axarını çətinləşdirir. Bu vəziyyət onları narahat edir.

Ən Çox Oxunan