16.9 C
Gence
12.5 C
Ganja

İcra başçısı Gəncə Avtomobil Zavodunu ziyarət edib

Gəncədə şəhər rəhbəri zavodların birində görülən işlərlə tanış olub. Bu haqda 16 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.

Niyazi Bayramov “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinə baş çəkib. Burada YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri və zavodun əməkdaşları iştirak ediblər.

Görüşdə bildirilib ki, hazırda avtomobil zavodunda İtaliyanın “SDF group” şirkəti ilə ikitərəfli əməkdaşlıq çərçivəsində trarktorların yığımı həyata keçirilir. Alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğuna görə “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi il ərzində ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını nəzərdə tutub.

Ən Çox Oxunan