10.3 C
Gence
1.5 C
Ganja

Gəncə Avtomobil Zavodu: şəhidlərin xatirəsi anılıb

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində keçən il ikinci Qarabağ müharibəsinin başlanmasının ildönümü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Birliyin direktoru Bağban Nəbiyev çıxış edərək torpaqlarımızın düşmən tapdağından azad olunmasını böyük tarixi hadisə kimi qiymətləndirib.

Görüşdə müəssisə rəhbərliyi, Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlar, şəhid ailələri və digər işçiləri iştirak ediblər.

Qeyd edək ki, müəssisənin hər iki müharibədə iştirak etmiş əməkdaşları haqqında məlumat lövhəsinin hazırlanması qərarı alınıb.

Ən Çox Oxunan