26.4 C
Gence
26.4 C
Gence

Gəncə: “ASAN xidmət” mərkəzində uşaqlar üçün ödənişsiz müayinə

Gəncədə bu gündən etibarən uşaqlar üçün psixoloji və loqopedik xidmətlər ödənişsiz göstəriləcək. Bu haqda məlumat Gencexeber.az-a fevralın 14-ü daxil olub.

Bunun üçün valideyinlər 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinə müraciət etməlidirlər. 3-15 yaş arası uşaqlar üçün ödənişsiz əsaslarla psixoloji və loqopedik ilkin diaqnostik qiymətləndirmə xidməti aparılacaq.

Xidmət bu ayının sonunadək göstəriləcək. Ətraflı məlumat üçün (077) 225 15 01 nömrəsi ilə əlaqə saxlamaq olar.

Ən Çox Oxunan