26.4 C
Gence
26.4 C
Gence

Gəncə şagirdləri viktorinada iştirak ediblər

Gəncədə 11 saylı orta məktəbdə viktorina oyunu təşkil edilib. Bu haqda tədbirin təşkilatçısı olan Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. Şagirdlərə dahi filosofun həyat və fəaliyyəti ilə bağlı qısa məruzə oxunub. Daha sonra onlara suallar təqdim edilib.

Qalib şagirdə AMEA-nın Gəncə bölməsinin ədəbiyyat institutunun müdiri Ruziyə Quliyevanın “Nizami zirvəsi” adlı kitabı təqdim edilib. Sonda uşaqlarla xatirə şəkilləri çəkdirilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan