25.8 C
Gence
25.8 C
Gence

Gəncə: aeroqrafiya sahəsində fəaliyyət göstərən rəssam

Gəncədə divarlara müxtəlif rəsmlər çəkən rəssam yaşayır. Bu haqda Gencexeber.az-a 27 dekabr tarixində məlumat daxil olub.

İlqar Ələkbərov 1 oktyabr 1988-ci il tarixində Gəncədə anadan olub. O, Azərbaycan Beynəlxalq Universitetinin dekorativ tətbiqi sənət və xalq sənəti fakültəsini bitirib. Dizayner 10 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərir. İşlədiyi ilk üç il müddətində Gəncə şəhər İcra Hakimiyyətində baş dizayner vəzifəsində çalışıb. O, şəhərin giriş hissəsində yerləşən Nizami Gəncəvinin “Xəmsə” kitablarının layihəsində iştirak etmişdir.

İlqar Ələkbərov aeroqrafiya rəssamlıq sahəsində aşağıda göstərilən obyektlərin divarlarını bəzəyib:

  • Eden Restoranı;
  • HAFEMO lounge;
  • KARIZMA lounge;
  • Samovar Restaurant & Lounge;
  • BİZZ time cafe.
İlqar Ələkbərovun rəsmi Instagram səhifəsindən foto

Ən Çox Oxunan