16.4 C
Gence
16.4 C
Gence

Gəncə: adsız qəsəbədə sakinlərin yaşaması üçün şərait yoxdur

Gəncədə 20 ildir salınmış qəsəbənin sakinləri bir sıra problemlərdən narazıdırlar. Bu haqda 22 yanvar tarixində ATV-yə istinadən məlumat veririk.

Sözügedən yaşayış məntəqəsinin adı, orada yerləşən evlərin ünvanı yoxdur. Qəsəbə Gəncə-Göy-Göl şosesində, Daşkəsən yolunun sağında təxminən 81 hektar ərazidə yerləşir.

Burada su təchizatının olmaması səbəbindən, sakinlər tələbatlarını su maşınları ilə ödəyirlər. Bundan başqa qəsəbədə yol infrastrukturu yoxdur. Ərazidə ictimai nəqliyyat marşrutları salınmayıb. Sakinlər uşaqları məktəbə aparmaq üçün 20-30 dəqiqə piyada getməli olurlar. Zibil qutuları qoyulmayan ərazi illərdir ki, tullantılarla çirklənir.

Nizami rayon İcra Hakimiyyətindən ATV-yə verilən məlumata əsasən, sakinlərin müraciəti nəzərə alınıb. Qısa zamanda bura zibil qutuları qoyulacaq və marşrut xətti salınacaq. Azərsu-dan bildirilib ki, qəsəbənin su ilə təchiz olunması nəzərdə tutulub.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan