22.5 C
Gence
22.5 C
Gence

Gəncə: ADAU-da 20 Yanvarla bağlı tədbirlər keçirilib

Gəncədə ali təhsil müəssisəsində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Bu haqda 19 yanvar tarixində Azərbaycan Dövlət Aqrar Universiteti məlumat paylaşıb.

İlk tədbir ADAU-nun Aqrar iqtisadiyyat və Aqrobiznes fakültələrində təşkil olunub. Burada müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə prorektor Aidə Qasımova, professor Azad Bayramov, müəllimlər Səbinə Əlizadə, Çinarə Səfərova və tələbələrdən Murad Alışov, Nurlana Rüstəmova çıxış ediblər. Onlar Qanlı Yanvar faciəsi haqda danışıblar.

Mühəndislik fakültəsində keçirilən tədbirdə dekan Təvəkgül İsmayılov, dosent Elgün Aslanov çıxış ediblər. Onlar bildiriblər ki, xalqımız bu faciəni heç zaman unutmayacaq, şəhidlərin xatirəsini daim əziz tutacaqlar.

Ən Çox Oxunan