Gəncə abituriyentlərinin ali məktəblərə qəbulolma göstəriciləri açıqlanıb. Bu haqda 10 iyun tarixində APA-ya istinadən məlumat veririk.
Belə ki, Gəncə şəhəri Respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəricilərində 4-cü yeri tutur. İmtahanda iştirak edən 2804 abituriyentdən 1289 nəfər ali müəssisəyə qəbul olub. Bu isə 45,97 faiz təşkil edir.
Qeyd edək ki, 2020-ci ildə Gəncədə hər yüz məzundan 38-39-u tələbə adını qazanmışdırsa, bu il onların sayı artıq 45-46 nəfərdir.