14.3 C
Gence
14.3 C
Gence

Gəncə: Abbas Səhhət adına xəstəxanada sıxlıq olub

Gəncənin Abbas Səhhət adına xəstəxanada vaksinasiya zamanı sıxlıq qeydə alınıb. Bu haqda Gencexeber.az-ın müxbiri 25 avqust tarixində xəbər verib.

Müxbirimizin əldə etdiyi məlumata görə, peyvənd olunmaq üçün xəstəxanaya üz tutan vətəndaşlar sıxlıqla üzləşiblər. Vətəndaşların çoxu ara məsafəsinin qorunması və tibbi maskalardan istifadə etmə qaydalarına riayət etməyiblər.

“Bu gün peyvənd məntəqələrin çoxunda sıxlıq olub. Sentyabrın 1-i yaxınlaşdıqca, insanlar vaksinasiya məntəqələrinə axın edirlər.” – deyə şəhər sakinin biri qeyd edib.

20 avqust tarixində Nazirlər Kabineti yanında Operativ Qərargah keçirdiyi brifinqdə sentyabr ayından tətbiq olunacaq yeni məhdudiyyətləri açıqlamışdır.

Yalnız Covid pasportu ilə getmək olacaq:

  1. Universitetlər – sentyabrın 1-dən ali təhsil müəssisələrində tələbələrdən də COVID-19 pasportu tələb olunacaq. Universitetlərə pasportsuz girən tələbələr  rəhbərlik tərəfindən cəzalandırılacaq, lakin məsuliyyətə cəlb olunmayacaq.
  2. İri ticarət mərkəzləri
  3. Mehmanxanalar
  4. İaşə obyektləri
  5. DOST mərkəzləri

 

Ən Çox Oxunan