27.5 C
Gence
27.5 C
Gence

Gəncə: Aşıq Ələsgərin 200 yubileyi qeyd olunub

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə tədbir keçirib. Bu haqda 9 dekabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Haqq vergili aşiq” adlanan tədbir onlayn şəkildə təşkil olunub. Görüşdə filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, Türkiyədən professor Feyzan Göher, filologiya elmləri  üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova, şair, publisist Güllü Eldar Tomarlı, əməkdar mədəniyyət işçisi, aşıq Məhəmmədəli Məşədiyev, şair, tədqiqatçı Fərzalı Rüstəmli, Göygöl rayon Təhsil Şöbəsinin müdir müavini Salman Balakişiyev, Gəncəşəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxışlar ediblər. Onlar Aşıq Ələsgərin yaradıcılığından nümunələr səsləndiriblər. Gəncə şəhər 1 saylı musiqi məktəbinin müəllimi Aşıq Saleh ifası ilə tədbirə xüsusi rəng qatıb.

 

Ən Çox Oxunan