Gəncədə bugün, üzürlü səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdlər üçün əlavə imtahan keçiriləcək.
İmtahanlar saat 10:00-da başlanacaq.
Qeyd edək ki, imtahan respublikanın digər şəhərlərində də təşkil olunacaq. Ümumilikdə 1057 nəfər 9-cu sinif şagirdləri, 382 nəfər isə 11-ci sinif şagirdləri iştirak edəcək.