24.1 C
Gence
24.1 C
Gence

Gəncə: 24 nömrəli kitabxana müharibə və onun uşaqlara təsiri haqda tədbir təşkil edib

Gəncədə “Müharibə uşaqları” başlıqlı onlayn tədbir keçirilib. Bu haqda 10 fevral tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir 24 nömrəli kitabxana filialı tərəfindən təşkil olunub. Filial müdiri Rahilə Qasımova bildirib ki, uşaq ədəbiyyatı özündə güclü mənəvi yük daşıyır. O, uşaqları mənəvi zəngin bir insan kimi tərbiyələndirir, öz xalqının tarixinə bələd olmasını təmin edir. Tədbirdə Filologiya üzrə fəlsəfə doktoru Əlmuxtar Muxtarov, dramaturq Aləmzar Əlizadə, 19, 24 nömrəli məktəblərin Uşaq Təşkilatı Birliyinin rəhbərləri Kəmalə İsrafilova və Kəmalə Əhmədova, psixoloq Vüsalə Balayeva və başqaları çıxış ediblər. Onlar Azərbaycan və dünya uşaq ədəbiyyatında müharibə mövzusunda yazılmış əsərlər haqda məlumat veriblər.

Bundan başqa müharibənin uşaq psixologiyasına təsiri haqda danışılıb. Tədbirdə iştirak edən məktəblilər Ənvər Məmmədxanlının bir neçə hekayəsini söyləyiblər.

 

Ən Çox Oxunan