Gəncədə 23 nömrəli məktəbin yaxınlığındakı küçədə asfalt örtüyü yoxdur. Yağışlı hava zamanı sakinlərin yolu palçıq içində olur. Gencexeber.az-ın izləyicisi sözügedən məsələnin işıqlandırılması üçün müraciət edib.
Bu hal şəhərin Faiq Bayramov küçəsində müşahidə edilir. Verilən məlumata əsasən, bir müddət öncə orada su boruları yenilənmişdir.
“Sizə təqdim elədiyim şəkillərdə küçənin hələ yaxşı vəziyyəti əks olunub. Yağış olanda palçıq içində hərəkət edirik. Piyadalar elə olur ki, ayaqlarına sellofan torba bağlayıb gedirlər asfalta çatana kimi” – deyə, izləyicimiz söyləyib.
Daha öncə, Qocalar evi yerləşən küçə haqda xəbər vermişdik.

