24.1 C
Gence
24.1 C
Gence

Gəncə: “20 Yanvar Qan Yaddaşımız” adlı tədbir keçirilib

Gəncədə İsrafil Məmmədovun ev muzeyində tədbir keçirilib. Bu haqda 20 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir “20 Yanvar Qan Yaddaşımız” adlanıb. Burada şəhər 1 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şagirdlər şeirlər səsləndiriblər. Tədbirdə Qanlı Yanvar hadisələrinə həsr olunmuş rəsmlər nümayiş etdirilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan