25.6 C
Gence
20.5 C
Ganja

Gəncə: 20-Noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Uşaqlarla birlikdə günəşli gələcəyə” başlığı altında tədbir keçirilib. Bu bərədə bu gün, 19 noyabr tarixində Gəncə Regional Mədəniyyət İdarəsi rəsmi Facebook səhifəsində məlumat verib.

20-Noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş bu tədbirdə uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi, onların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması və dünyada sülhə və azadlığa birlikdə dəstək olması barədə söhbətlər aparılıb.

Qeyd edək ki, İlham Əliyevin və  birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə böyük işlər görülür.