24.1 C
Gence
24.1 C
Gence

Gəncə: 2 saylı tam orta məktəbin yanı işıqlandırılacaq

Yeni Gəncə qəsəbəsində quraşdırılacaq işıqlandırma sistemi üçün işlər görülür. Bu haqda Gencexeber.az-a 18 dekabr tarixində məlumat daxil olub.

Sözügedən çalışmalar 28 may küçəsində, 2 saylı tam orta məktəbin yanında aparılır. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Aidiyyəti qurumun əməkdaşları orada qazıntı işləri aparıblar. Onlar elektrik naqillərini yerin altına basdırıblar.

Daha öncə, Oğuz küçəsində elektrik nəqillərinin dəyişdirilməsi haqda məlumat vermişdik.

Ən Çox Oxunan