26.4 C
Gence
26.4 C
Gence

Gəncə: 2 nömrəli Uşaq Musiqi məktəbində anım günü təşkil olunub

Gəncədə musiqi məktəbində 20 Yanvar hadisələrinə həsr olunmuş anım günü keçirilib. Bu haqda 20 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir 2 nömrəli Uşaq Musiqi məktəbində təşkil olunub. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra şagirdlərdən biri 20 Yanvar hadisələri haqda məlumat verib. Məktəblilər “Vətən” və “Şəhidlər” mövzularında şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Ən Çox Oxunan