Gəncədə “18 oktyabr – Müstəqilliyin Bərpası Günü”-nə həsr olunmuş tədbir keçirilib. Bu haqda 19 oktyabr tarixində Gəncə Gənclər Evinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
Gənclərlə tarixi gün haqda müzakirələr aparılıb və ona həsr olunmuş videoçarx izlənilib. Tədbir Gəncə Gənclər Evi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.
Mərasimdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, GDU-nun ümumi tarix kafedrasının dosenti Elnur Hacıyev çıxış ediblər. Onlar qeyd ediblər ki, otuz illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir.