25.8 C
Gence
25.8 C
Gence

Gəncə: 10 yaşlı uşağın səbəbi bilinməyən xəstəliyi

Gəncədə 10 yaşlı uşaq müəmmalı xəstəliyə tutulub. Bu haqda 20 yanvar tarixində Xəzər Xəbər-ə istinadən məlumat veririk.

10 yaşlı Alsu Sadıqova iki aya yaxındır bilinməyən xəstəlikdən əziyyət çəkir. Uşağın əvvəl gicgahlarında ağrı başlayır, ürəkbulanma verir, sonra isə boğazından qan gələrək ağzına dolur. Bu hal təxminən yarım saat davam edir və bəzən gündə bir neçə dəfə təkrarlanır.

Alsunun anasının sözlərinə görə, Gəncə və Bakıda bir sıra klinikalara müraciət edib müayinələrdən keçsələr də, bu vəziyyətin səbəbini aşkarlamaq mümkün olmayıb. Uşağın valideynləri əlacın tapılacağına inanır və kömək edə biləcək həkim axtarırlar.

 

Ən Çox Oxunan