Gəncədə Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək. Bu haqda 22 may tarixində xəbər veririk.
General-leytenant Şahin Bağırov mayın 25-də saat 10:00-da Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi pr. 535) Gəncə şəhərindən, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüş keçirəcək.
Qəbul zamanı Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.