24.3 C
Gence
23.5 C
Ganja

Gültəkin Şirinova Avropa çempionatında mübarizə aparıb

Gəncəli idmançı Avropa çempionatından medalsız ayrılıb. Bu haqda Baku.ws-ə istinadən məlumat veririk.

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı keçirilir. Güləşçimiz Gültəkin Şirinova millimizin tərkibində mübarizə aparıb. O, 53 kiloqram çəki dərəcəsində ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə (12:0) qalib gəlib. Daha sonra 1/4 finalda ukraynalı Nataliya Klivçuktskayla qarşılaşan həmryerlimiz, ona 4:10 hesabı ilə məğlub olub.